Yuxarı kəmər xətti üfüqi və kvadrat, gövdənin yan hissəsini kəsib keçən, möhkəm, əzəmətli və hərəkətsiz qalmaqla hərəkətə qarşı əks təsir göstərə biləndir. Kəmərin iki aşağı xətti dəyirmi və dinamik olmaqla, dinamik və dəbli atmosfer yaradır.
Adaptiv LED işıqlar ilə təchiz olunan Tiggo 7 PRO modeli sizə ən qaranlıq yerləri belə işıqlandırmaqda işın öhdəsindən rahatlıqla gələcək.
Panoramik tipli tavan 1,13 m2-dək təbii işıqlandırma sahəsinə malikdir ki, bu da sürücü və sərnişinlərə genişliyi tam vəd edir.
İnteqrasiya olunmuş üfüqi cihaz paneli soldan və sağdan simmetrik və rahatdır. Ən müasir və innovativ funksiyaları ilə səyahətiniz çox komfortlu keçəcək.
5 sərnişinlə yükdaşıma hissəsinin sahə həcmi 475 litr təşkil edir.
Arxa oturacaqlar qatlanan zaman isə bu sahə 1500 litrədək artır.
Nazik dəri ilə üzlənmiş çoxfunksiyalı sükan yolla daha yaxşı əlaqəni təmin edir.
1.5 L Turbo mühərrik 147 at gücünə malikdir. Yanacaq sərfiyyatı isə 100 km-ə cəmi 6,8 litr təşkil edir.
CVT25 transmissiyası Aisin 6AT-ya bərabər tutula bilər və onun maksimal fırlanma anı 280N · m təşkil edir. BOSCH polad kəməri transmissiyanın effektivliyini 92.5%-dək artırır və yanacağa 7% qənaət edir.
T1X platforması ön və arxa oturacaqlar üçün daha çox yerə, eləcə də daha yüksək klirensə malikdir. Giriş və çıxış bucaqları da həmçinin yolsuzluq şəraitində daha yaxşı yürüş qabiliyyətini təmin edir.
8-düymlük havalandırma tənzimləyicisinin sensorlu ekranı.
8-düymlük sensor MK-ekran, IML (In-Mold Labeling) və cızılmaya qarşı davamlı 8-düymlük unikal intellektual havalandırma tənzimləyicisi sensorlu ekrana malikdir.
Yük hissənin induktiv elektrik qapısı.
Açılma bucağı yük yeri düyməsinə 3 saniyə basdıqda avtomatik yadda saxlanılır. Yük yerinin qapısının digər açılma üsullarına məsafədən idarəetmə və əllə açılma aiddir.
12-düymlük tam ekranlı alətlər paneli.
12-düymlük tam ekranlı yüksək dəqiqliyə malik alətlər paneli multimedia, ilkin xəbərdarlıq, idarəetmə haqqında informasiyanı, xəbərdaredici məlumatı, tənzimləməni və digər funksiyaları gerçəkləşdirə bilir.
Termik qəlibləmə üçün çox möhkəm Bentler poladından bir neçə blok.
Avtomobilin bütün örtükləri sinklənmiş polad lövhələrdən hazırlanıb.
Hər bir təkər naqilsiz radiotezlik siqnallarının köməyi ilə təkərlərin təzyiqi və temperaturunu qurğuda əks etdirərək, bədbəxt hadisələrin qarşısını effektiv şəkildə alan təkərlərdə təzyiqə nəzarət sistemi ilə təchiz olunub.
6 aparıcı təhlükəsizlik yastığı hərtərəfli və düşünülmüş müdafiəni təmin edir.