MÜSTƏQİL İNNOVASİYA

Son 20 ildə Chery həmişə müstəqil innovasiyalara üstünlük vermiş, Çində, Almaniyada, ABŞ və Braziliyada elmi-tədqiqat mərkəzləri yaratmışdır. O həmçinin 5500 nəfərdən artıq heyətə malik qlobal avtomobil tədqiqatları və işləmələri qrupunu yaradaraq, bununla da tədricən texnologiyalar və məhsulların tam dəyərli tədqiqatlar və işləmələr sisteminin əsasını qoymuşdur. Beləliklə də, Chery 9 milyon vahiddən artıq birgə qlobal satışlar həyata keçirən Arizzo, Tiggo kimi uğurlu məhsul brendlərini yaratmışdır.

20+ artıq
innovasiyalar
1,500+ xarici bazarlarda
ticarət məntəqəsi
80+ ixrac biznesi
ölkəsi/regionu
9 MİLYON+ bütün dünyada
ümumi satışlar
5,500+ ETTKİ sahəsində
mütəxəssis
20+ artıq
innovasiyalar
1,500+ xarici bazarlarda
ticarət məntəqəsi
80+ ixrac biznesi
ölkəsi/regionu
9 MİLYON+ bütün dünyada
ümumi satışlar
5,500+ ETTKİ sahəsində
mütəxəssis
20+ artıq
innovasiyalar
1,500+ xarici bazarlarda
ticarət məntəqəsi
80+ ixrac biznesi
ölkəsi/regionu
9 MİLYON+ bütün dünyada
ümumi satışlar
5,500+ ETTKİ sahəsində
mütəxəssis
20+ artıq
innovasiyalar
1,500+ xarici bazarlarda
ticarət məntəqəsi
80+ ixrac biznesi
ölkəsi/regionu
9 MİLYON+ bütün dünyada
ümumi satışlar
5,500+ ETTKİ sahəsində
mütəxəssis

QLOBAL TƏRƏFDAŞLIQ

Chery yaradıldığı andan qloballaşma strategiyasını həyata keçirmiş və Çində minik avtomobillərinin istehsalı üzrə yığılmış avtomobillər, CKD detalları, mühərriklər, istehsalat texnologiyaları və avadanlıqlarını dünya bazarına ixrac edən ilk şirkət olmuşdur.

2012-ci ildə Chery və Jaguar Land Rover Motors birlikdə Çində yüksək keyfiyyətli avtomobillər istehsal edən ilk birgə Çin-Britaniya müəssisəsi olan Chery Jaguar Land Rover Motors Co., Ltd. şirkətinin yaradılmasına investisiya yatırmışlar.

Chery təkcə ənənəvi avtomobil texnologiyaları ilə zəngin olmayaraq, həm də sürətlə intellektual avtomobillər erasına yaxınlaşır. İndiyədək Chery intellektual texnologiyalar sahəsində Horizon Robotics, Huawei, iFly Tek, Alibaba və s. kimi aparıcı şirkətlərlə əməkdaşlıq edir.

FORSAYT-TEXNOLOGİYA

Gələcəkdə avtomobil bazarı elektrikləşdirmə, rabitə, intellekt və birgə istifadə dövrünə qədəm qoyacaq. Chery Lion System zamanın tələbinə uyğun meydana çıxıb. Tiggo 8 modellərində səslə idarəetmə, üzün tanınması, əlavə reallıqla naviqasiya, internet-servis və ağıllı ev kimi funksiyaları dəstəkləyən ən yeni Chery Lion 2.0 sistemi tətbiq edilir. Chery pilotsuz idarəetmə üçün birinci və ikinci nəsil məhsulları uğurla işləyib hazırlamışdır və 2025-ci ildə L4 avtonom idarəetmə səviyyəsinə nail olmağı planlaşdırır.

İnformasiya texnologiyalarına əsaslanaraq, Chery yeni dövrdə qlobal istehlakçılar üçün intellektual qarşılıqlı əlaqəli həyat tərzini təmin etmək üçün özündə intellektual nəqliyyat, intellektual istehsalat, əşyalar interneti və blokçeyni birləşdirəcək.