Yarandığı gündən Chery həmişə texnologiyalara əsaslanan strategiyanı rəhbər tutaraq, korporativ baxışlarına uyğun beynəlxalq rəqabət qabiliyyətinə və nüfuza malik avtomobil brendi yaratmışdır.
Daima texnoloji innovasiyalara can atan Chery Çində minik avtomobillərinin istehsalı üzrə mühərrik, sürət qutusu, şassi, platforma və yeni enerji texnologiyalarını mənimsəmiş ilk müəssisə, eləcə də Çində avtomobillər, CKD hissələr, mühərrik və nəqliyyat vasitələrinin istehsalı üçün texnologiya və avadanlıqları xarici bazara ixrac edən ilk şirkət olmuşdur.
Chery həmişə daxili və beynəlxalq bazarların inkişafına istiqamətlənmişdir. Chery daima məhsul strategiyası, lokalizasiya strategiyası və kadr strategiyasının gerçəkləşdirilməsi hesabına qloballaşmasını genişləndirmişdir. Satış və xidmət şəbəkəsinin 20 ildən çox inkişafından sonra Chery 80-dən çox ölkə və regionu əhatə edir və bütün dünyada 9,5 milyon istehlakçının etimadını qazanmışdır.
Dünya nəqliyyat vasitələri bazarı yeni elektrikləşdirmə, rabitə, intellekt və birgə istifadə erasının başlanğıcındadır ki, bu da yüzilliyin ciddi dəyişikliklərinə gətirib çıxaracaq. 2018-ci ildə Chery rəsmi olaraq intellektuallaşdırmaya ümumi keçidlə əlamətdar olan intellektual CHERY LION brendini buraxmış və qlobal istehlakçılar üçün yeni eranın intellektual və qarşılıqlı əlaqəli həyat tərzini təmin etməyə çalışmışdır.
Bununla yanaşı Chery dünya bazarında yaşıllaşdırmanın inkişafı, ətraf mühitin mühafizəsi, sosial təminat, istedadların inkişaf etdirilməsi və digər sahələrdə bir sıra sosial tədbirlər keçirmişdir. Ümid edirik ki, səylərimiz cəmiyyətə fayda gətirəcək və müsbət təsir göstərəcəklər.
Chery həmişə texnologiyalara əsaslanan strategiyanı rəhbər tutacaq, istehlakçı təcrübəsinə əsaslanacaq və fasiləsiz innovasiyalar və resursların inteqrasiyası hesabına bütün dünyada istehlakçılara daha keyfiyyətli məhsul və xidmətlər təqdim edəcək.